BaşlıcaSiyasət

Ermənistan yalnız özünümüdafiə hüququndan istifadə etmək üçün silah və texnika əldə edir: ER XİN Bakıya cavab verib

Ermənistan yalnız özünümüdafiə hüququnu və öz vətəndaşlarını qorumaq öhdəliyini həyata keçirmək üçün silah və texnika əldə edir. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”in sualına cavabında deyib: “Azərbaycan prezidenti İlham Əliyev Cəbrayılda çıxışı zamanı Ermənistanın silah və texnika əldə etməsinə bir daha toxunub və təhdidlər səsləndirib. Üstəlik, son vaxtlar Azərbaycandan bu və ya digər səviyyəli təhdid, aqressiv bəyanatlar daha çox eşidilir. Bu bəyanatları necə şərh edərdiniz?

ER XİN mətbuat katibi qeyd edib: “Rəsmi Yerevan artıq dəfələrlə və ən yüksək səviyyədə bəyan edib ki, onun heç bir qonşuya qarşı aqressiv niyyəti yoxdur, onların hamısının ərazi bütövlüyünü tanıyır və heç bir ərazi iddiası yoxdur. Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyətinin əsasnaməsinin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxladığı və təsdiq etdiyi son qərarını qey etmək lazımdır. Bu qərarla Ermənistan Respublikası Konstitusiyasının hər hansı qonşusuna qarşı ərazi iddialarının olması ilə bağlı bütün iddialar rədd edildi. Ermənistan Respublikası həmçinin bəyan edib ki, onun müəyyən əraziləri işğal olunsa da, bu əraziləri hərbi yolla geri qaytarmaq üçün heç bir problemi və gündəliyi yoxdur, çünki Sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyətinin yuxarıda qeyd olunan əsasnaməsi bu problemləri sülh yolu ilə və danışıqlar yolu ilə həll etmək üşün bütün imkanları təmin edir.

Silahların əldə edilməsinə gəlincə, BMT Nizamlaməsinə görə, hər bir dövlət özünümüdafiə hüququnu özündə saxlayır. Üstəlik, beynəlxalq hüquq hər bir dövlətə öz vətəndaşlarını qorumaq öhdəliyi verir. Ermənistan silah və texnikanı yalnız özünümüdafiə hüququnu və öz vətəndaşlarını qorumaq öhdəliyini həyata keçirmək üçün əldə edir. Bununla paralel olaraq, Azərbaycanın hücum silahları ilə silahlanmasının həcmi dəfələrlə çoxdur ki, bunu Azərbaycan prezidenti tez-tez bəyan edir

İndi bütün bunları nəzərə alanda bir sual yaranır. Azərbaycan niyə sualınızda qeyd olunan vurğunu edir? O, Ermənistan Respublikasına qarşı təcavüz hazırlayır? Düşünürəm ki, bu suala cavab tapmaq vacibdir, çünki o, həmçinin Azərbaycanın Ermənistan Respublikasına qarşı yeni hərbi təcavüzə başlamaq üçün Bakıda keçiriləcək COP-29 konfransından tüstü pərdəsi kimi istifadə edəcəyi və öz siyasi məsuliyyətini COP-29-da iştirak etmək üçün bu ölkəyə gedən xarici liderlər arasında bölüşdürəcəyi ilə bağlı fikirləri qiymətləndirməyə kömək edəcək.

a) Azərbaycan Alma-Ata Bəyannaməsinə əsaslanaraq Ermənistanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı razılaşmalardan imtina edirmi? Bir daha qeyd etmək istərdim ki, Ermənistan Respublikası Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla əldə edilmiş razılaşmaya, yəni sovet respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa sadiqliyini bir daha təsdiq edir.

b) Azərbaycan sülh gündəmindən imtina edirmi? Deyim ki, Ermənistan Respublikası sülh gündəliyinə sadiqliyini və Azərbaycanla artıq razılaşdırılmış sülhün məzmununu sülh müqaviləsi kimi imzalamağa hazır olduğunu bir daha təsdiqləyir. Bunu Ermənistanın baş naziri BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında bildirib.

Düşünürük ki, aqressiv ritorika əvəzinə, Sülh Müqaviləsinin imzalanması məsələsinin tez bir zamanda həllinə və digər məsələlərlə bağlı nəinki de-fakto, həm də de-yure sülh şəraitində danışıqlara köklənməliyik”.

Daha çox göstər
Back to top button