
Frankofoniya Beynəlxalq Təşkilatının 19-cu zirvə toplantısı çərçivəsində Nikol Paşinyanın Belçika Baş naziri Aleksandr De Kro ilə görüşü baş tutub.
Söhbət zamanı Ermənistan-Belçika əməkdaşlığının daha da inkişafı və genişlənməsinə dair məsələlər müzakirə edilib.
Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin müzakirələrinə və son hadisələrə toxunub. Baş nazir son günlərdəki Azərbaycan aqressiv ritorikasını qəbuledilməz hesab edərək Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb.
Belçikanın Baş naziri regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş addımların əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Ermənistan hökumətinin addımlarını alqışlayıb.
Regionda kommunikasiyaların açılmasına yönəlmiş Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsi və onun prinsipləri ətrafında da fikir mübadiləsi aparılıb.
Nikol Paşinyan və Aleksandr De Kro həmçinin Ermənistan-Avropa Birliyi əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər. Belçikanın Baş naziri rəhbərlik etdiyi hökumətin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.







