BaşlıcaSiyasət

Politoloq: “Ermənistan-Fransa fəallaşan siyasəti Nyu-Yorkda baş tutmayan danışıqların nəticəsidir”

Frankofoniya beynəlxalq təşkilatının növbəti zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri və Xarici işlər nazirinin görüşləri davam edir.

Diqqət mərkəzində sülh müqaviləsinin imzalanması məsələsi və Fransa ilə ticarət-sənaye və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi mövzusu dayanır.

 Ekspertlər “Radiolur”la söhbətində hərbi əməkdaşlıq məsələsinin əlbəttə ki, müzakirə olunan əsas mövzular arasında olduğunu vurğulayırlar, baxmayaraq ki, bu barədə rəsmi məlumatlarda heç bir qeyd olmaya bilər.

Və yaxşıdır ki,ekspertlər hesab edir ki,  hərbi-strateji məsələlər açıqlanmır.

Ermənistanın Baş naziri və Fransa Prezidenti Parisdə çoxsaylı məsələləri müzakirə ediblər: siyasi, iqtisadi, AB ilə viza rejiminin liberallaşdırılması, eləcə də Azərbaycanla sülh müqaviləsinin layihəsi barədə danışıblar.

Paşinyan bildirib ki, layihənin bəndlərinin 80 faizi razılaşdırılıb və Ermənistan bu əsasda müqaviləni imzalamağa və müzakirələri davam etdirməyə hazırdır. Ermənistanın baş nazirinin fikrincə, bu, regionda sülh və sabitliyin təmin edilməsinə əsas yaradacaq.

“Sülhkəsişməsi” layihəsi çərçivəsində Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında regional əlaqələrin açılmasına hazırdır.

Nikol Paşinyanın bu yanaşmalarına cavab olaraq, Emmanuel Makron ölkəsinin Ermənistan hökumətinin sülh və sabitliyə yönəlmiş addımlarını dəstəklədiyini bildirib, “Sülh Körpüsü” layihəsini də alqışlayıb.

 Fransa prezidenti Ermənistana qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib. O, Fransa-Ermənistan ikitərəfli münasibətlərinin ardıcıl inkişaf etdirilməsi öhdəliyini də bildirib.

Ekspertlər demək olar ki, əmindirlər ki, Ermənistan-Fransa yüksək səviyyəli görüşlərində siyasi məsələlər diqqət mərkəzindədir, hərbi-strateji məsələlər də diqqət mərkəzindədir, baxmayaraq ki, onlar haqqında açıq məlumatlarda qeyd olunmur.

Ermənistana dəstək bəyanatları Azərbaycanda çox narazılıqla qarşılanır. Bakıda artıq Fransa əleyhinə təxribat təşkil edilib. Azərbaycan Fransa əleyhinə problemlər yaratmaq məqsədilə “Fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan qüvvələr”

sərlöhvəli  forum təşkil edib.

Politoloq Hrant Mikaelyan “Radiolur”a müsahibəsində bu hərəkətlərin əlbəttə ki, Parisə ziyan vurduğunu aydınlaşdırır, bununla belə Fransa Ermənistana dəstək mövqeyi birmənalıdır.

“Bu təxribatlar, əlbəttə ki, Cənubi Qafqazda Fransanın fəaliyyətlərini cilovlamaq, Fransa faktorunu neytrallaşdırmaq və Fransanın Ermənistana dəstək verməsinə imkan verməmək məqsədini daşıyır.

Azərbaycanın siyasətinin istiqaməti budur. Fransa Cənubi Qafqazda Türkiyə və Azərbaycanı cilovlamaq problemi ilə üzləşib və buna görə də Ermənistanla işləyir.

Üstəlik deyim ki, Fransaya yönəlmiş son dövrdə fəallaşan siyasət Nyu-Yorkda baş tutmayan danışıqların nəticəsidir, çünki bundan əvvəl yanaşma hər vəchlə Azərbaycanla müqavilə imzalamaq idi, lakin indi bunun qeyri-realist olduğu aydın oldu”.

Son vaxtlar BMT-nin tribunasında Fransa Prezidenti Makron bir daha dəqiqləşdirdi ki, Paris Azərbaycanın təzyiqləri və ərazi tələbləri fonunda Ermənistanın yanındadır.

Bu və Ermənistanı dəstəkləyən addımlarına görə Bakı, politoloq Ara Poğosyanın sözlərinə görə, Fransaya qarşı hibrid müharibəyə başlayıb, lakin bu, Parisin Ermənistana dəstək verməsinə mane olmur.

“Başqa cür deməli olsaq, Bakı Fransaya qarşı hibrid müharibə aparmağa çalışır. Bütün bunları birləşdirsək, belə çıxır ki, Fransa Ermənistanla münasibətlərin daha da dəyərləndirildiyi bir mərhələdədir, burada öz maraqlarını çox vaxt Ermənistanla uzlaşdırır. Bu isə, məncə, kifayət qədər vacib məqamdır”.

Frankofoniyanın 45-ci Nazirlər konfransında çıxışında Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, Ermənistan “Frankofoniya regionunda böhran vəziyyətlərinin, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi ilə bağlı qətnaməni” alqışlayır, hansı ki, dövlətlərin ərazi bütövlüyünə hörmət əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq  Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyir.

Politoloq Hrant Mikaelyanın izahına görə, bu qətnamə də Ermənistana dəstək deməkdir.

“Bu, sadəcə Fransanın rəsmi Yerevanın təklifinin təkrarlanmasıdır. Təklif, hansı ki, qətnamə qəbul edilsin və o, rəsmi Yerevanın bu gün münaqişə zonasındakı həyata keçirdiyi xarici siyasətə dəstək verir”.

Frankofoniya regionunda böhran vəziyyətlərinin, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi ilə bağlı qətnamə həmçinin 2024-cü il aprelin 19-da qəbul edilən protokolda yenidən təsdiq edilmiş prinsiplər əsasında dövlətlərarası sərhədin delimitasiyası istiqamətində əldə edilən irəliləyişi alqışlayır.

Eyni zamanda suverenlik, milli yurisdiksiya, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə hörmət əsasında regional kommunikasiyaların açılmasını təşviq edir.

Daha çox göstər
Back to top button