
Lionel Messinin qardaşı, dünya şöhrətli argentinalı futbolçu Rodrigo Messi texnoloji inkişaf baxımından Ermənistanın irəlilədiyini vurğulayıb.
Rodrigo Messi bu barədə İnnovasiya və Texnologiyalar üzrə Dünya Konqresi çərçivəsində çıxışı zamanı bildirib.
Çıxışda Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan da iştirak edib. Rodrigo Messi DigiTec-ə dəvət üçün minnətdarlığını bildirib və Ermənistanda olmaqdan çox məmnun olduğunu qeyd edib.
“Ermənistana və erməni xalqına səmimi qəbula görə təşəkkür edirəm.
Texnologiyalar baxımından Ermənistanın hər dəfə irəlilədiyini görürəm” – deyə Rodrigo Messi konqresə qatılmaq və Yerevanda olmaqdan məmnunluğunu ifadə edib.
O, həmçinin qeyd edib ki, texnologiyalar sahəsində Ermənistanın inkişafı davamlı olacaq.
Çıxışdan sonra Rodrigo Messi və komandası Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Hayrapetyan ilə gələcək əməkdaşlıq proqramlarını və imkanlarını müzakirə edəcək.
Rodrigo Messi “Lionel Messi Management”in direktoru və Play Time Ventures-in xüsusi müşaviridir. 2022-ci ildə Lionel Messi dünya üzrə idman, media və texnologiya sahələrinə sərmayə qoymaq məqsədi ilə holdinq qurub.
San-Fransiskoda yerləşən Play Time Sports-Tech HoldCo LLC Messi üçün əsas sərmayə alətidir.
O, WCIT2024/DigiTec panel müzakirəsi zamanı konqres iştirakçılarına Elon Maskın salamlarını çatdıran Graph Ventures-in tərəfdaşı Razmik Hovakimyan tərəfindən idarə olunur.







