UWC rəhbəri: Nelson Mandela kimi Ruben Vardanyan da həyat alovundan keçib onun qarşı tərəfindən çıxacaq”

Birləşmiş Dünya Kollecləri (UWC) şəbəkəsi dəyərlər haqqındadır, təhsildə mükəmməlliyə, eləcə də sülh naminə təhsilə can atmaq haqqındadır. Bu barədə UWC Dilican Beynəlxalq Məktəbinin on illiyi mərasimində UWC Beynəlxalq Şurasının sədri Musimbi Kanyoro bildirib.
O, öz təcrübəsindən anladığını qeyd edib ki, sülh naminə təhsil asan deyil və sülh özü də asan deyil, bu yalnız müharibənin olmaması deyil.
“Biz hamımız bunu bilirik, bu mənim sözüm deyil. Bu harada olduğunuzdan asılıdır, amma əgər həqiqətən inanırsınızsa ki, sülh ədalətdən qaynaqlanır, biz bunu tələbələrimizə çatdırmağa çalışırıq, o zaman ədalət heç vaxt “yalnız biz” deyil.
Bu da o deməkdir ki, hətta ədaləti şərh etməyə çalışanda belə müəyyən məhdudiyyətlərimiz olacaq” – deyə o bildirib.
UWC Beynəlxalq Şurasının rəhbəri UWC fəaliyyətini bir çox insanlarla əməkdaşlıq etdikləri bir səyahətə bənzədib.
“Onların arasında Nelson Mandela kimi insanlar olmuşdur – UWC-nin prezidenti olaraq. Biz Nelson Mandela haqqında düşünərkən onu mübarizə yolu keçmiş və o mübarizədən qalib çıxmış biri kimi xatırlayırıq.
Mən təsisçilərimizdən biri olan Ruben Vardanyan haqqında düşünərkən Nelson Mandelanın həyat yoluna nəzər salıram və deyirəm ki, elə insanlar var ki, həyatın çətinliklərindən keçirlər.
Allahın izni ilə onlar bu çətinliklərdən çıxır və dəyişikliklərə daha böyük təsir göstərirlər. Mən həyatda dəfələrlə bunun şahidi olmuşam” – deyə Musimbi Kanyoro vurğulayıb.







