BaşlıcaMədəniyyət

Yerevanın meri Tiqran Avinyan dünya şöhrətli müğənni Plasido Domingonu “Yerevan meri” qızıl medalı ilə təltif edib

Yerevanın meri Tiqran Avinyan dünya şöhrətli müğənni Plasido Domingonu “Yerevan meri” qızıl medalı ilə təltif edib

Bu barədə Yerevan meri Tiqran Avinyan özünün rəsmi “Facebook” səhifəsində yazıb.

“Bu günlərdə opera sənətinin əfsanəsi, dövrümüzün ən məşhur dünya artistlərindən biri – Plasido Domingo Yerevandadır  . Dünya musiqi sənətinə, eləcə də Yerevan şəhərinin mədəni həyatının inkişafına verdiyi əhəmiyyətli töhfəsinə görə dünya şöhrətli opera müğənnisini “Yerevan meri” qızıl medalı ilə təltif etmişəm” – deyə yazıda bildirilib.

Plasido Domingo Yerevanın 16-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində 8 oktyabr tarixində “Aram Xaçaturyan” konsert zalında çıxış etmək üçün Ermənistana gəlib.

Konsert Yerevan meriyasının baş dəstəyi ilə keçiriləcək. Gecədə Domingonun yanında sürətlə beynəlxalq karyera quran erməni sopranosu, Operalia 2022 Dünya Opera Müsabiqəsinin birinci mükafatçısı Juliana Qriqoryan çıxış edəcək.

Artistlər Ermənistan Milli Filarmoniyasının müşayiəti ilə çıxış edəcəklər. Konserti Filarmoniyanın bədii rəhbəri və baş dirijoru Eduard Topçyan idarə edəcək.

Məşhur operalardan, sarsuelalardan ariyalar, duetlər və prelüdlər, həmçinin sevilən dünya melodiyaları səslənəcəkdir.

Daha çox göstər
Back to top button