Siyasət
ABŞ-ın Yerevandakı səfirliyi Bortnikovun bəyanatına cavab verib

Bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov MDB-nin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında bəyan edib ki, “Amerikalılar və avropalılar təbii ki, Zaqafqaziyada sabitliyin yaradılmasında maraqlı deyillər. Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır”.
ABŞ səfirliyinin cavabında deyilir: “Bizim dəstəyimiz ölkələrə öz vətəndaşlarının tələblərinə cavab verməkdə – sülh, sabitlik və firavanlıq naminə çalışan hesabatlı, demokratik liderlərə sahib olmaqda kömək etmək məqsədi daşıyır”.







