BaşlıcaSiyasət

Aİ-nin Ermənistandakı müşahidə missiyası qərəzlə bağlı ittihamları əsassız adlandırır

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası son günlər Azərbaycan tərəfinin “qərəzlilik” və “təxribat hazırlamaq” ilə bağlı ittihamları əsassız hesab edir.

“Biz əməliyyat prosedurlarımıza əməl edərək ərazidə müntəzəm patrul xidməti həyata keçiririk. Patrul zamanı qeyri-adi heç nə qeydə alınmayıb”, missiyanın mətbuat katibi Anna Palmen “Azatatutyun”a bildirib.

Dünən Azərbaycan Müdafiə Nazirliyi ilə bağlı “Calibr” mediası müşahidəçilərin durbinlə patrul etməsini əks etdirən görüntüləri yayıb və onların “xüsusi texnika vasitəsilə Azərbaycan ərazisini müşahidə etdiklərini” iddia edib. Üstəlik, media müşahidəçilərin qərəzsizliyinə şübhə ilə yanaşır.

Avropa Birliyinin silahsız vətəndaş missiyası vurğulayır: “Qərəzsizlik bizim əsas prinsipimizdir və bu, mandatımızda açıq şəkildə qeyd olunub”.

Daha çox göstər
Back to top button