BaşlıcaSiyasət

Bakı Aİ missiyasının ER-Azərbaycan sərhədində apardığı müşahidələrdən narahatdır

Son günlər Azərbaycanın iqtidaryönlü mediası yenidən Aİ-nin Ermənistanda yerləşən mülki müşahidə missiyasının fəaliyyəti əleyhinə təbliğat kampaniyasını aktivləşdirib. Xüsusən də Azərbaycan mediası Aİ missiyasının əsas funksiyası olan Ermənistan-Azərbaycan sərhədində aparılan müşahidələrdən narazılığını bildirir, onları “təxribat” kimi qələmə verir, Factor.am yazır.

Azərbaycanın iqtidaryönlü KİV-ləri Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Aİ müşahidəçilərinin Aİ-yə məxsus iki “Toyota” markalı avtomobillə dünən saat 13:10-da Kornidzor kəndi yaxınlığında yolda patrul aparması ilə bağlı kadrlar dərc edib.

Qeyd olunur ki, Laçın dəhlizi istiqamətində dörd müşahidəçi və dörd erməni hərbçi müşahidə aparıb. Daha əvvəl Azərbaycan mətbuatı Aİ missiyasının 8 müşahidəçisinin və hərbçilərin Qoris sektorunda sərhəddə Azərbaycan tərəfini müşahidə etdiyini əks etdirən daha bir video yayımlayıb. Bütün bunlar sanki “Aİ və Ermənistan Azərbaycana qarşı təxribatlar hazırlayır” kimi təqdim olunur.

Hamının fikrincə, Bakının bu əsəbi reaksiyası ondan irəli gəlir ki, onun ER-ə qarşı hazırladığı növbəti təxribatlar və Azərbaycan hərbi qüvvələrinin hərəkəti Aİ müşahidəçilərinin nəzarəti altındadır.

Daha çox göstər
Back to top button