
İspaniya parlamentinin üzvü Con İnarritu hesab edir ki, Azərbaycan Ermənistanla sabit sülh əldə etmək məqsədi daşımır.
İspaniya parlamentinin üzvü Con İnarritu “Armenpress”ə müsahibəsində Ermənistanın təklifini rədd etməsindən danışıb. Con İnyarritu qeyd edib ki, Azərbaycan Ermənistana güzəştə getməyi hədəfləyir.
“Azərbaycanın bu mövqeyi yəqin ki, bu ölkənin siyasətindən, eləcə də danışıqlara avtoritar yanaşmasından irəli gəlir” – deyə deputat bildirib.
İnarritunun fikrincə, Azərbaycanın Ermənistanın təklifindən imtina etməsi həll olunmamış məsələlər üzərində nəzarəti saxlaması və Ermənistanın növbəti güzəştləri ilə bağlı ola bilər.
Bununla belə, o qeyd edir ki, başa düşmək vacibdir ki, hətta sazişin imzalanması Azərbaycanın öhdəliklərinə zəmanət vermir. “Biz bunu əvvəllər, xüsusən də 2020-ci il noyabrın 9-da imzalanmış və Azərbaycanın dəfələrlə pozduğu üçtərəfli saziş məsələsində görmüşük.
Bu pozuntunun nəticələri Dağlıq Qarabağda etnik təmizləmə və Artsax mülki şəxslərinin və liderlərinin Bakıda qanunsuz həbsidir ki, bu da danışıqlarda sövdələşmə vasitəsi kimi və Ermənistana qarşı alçaldılma forması kimi istifadə olunur” – deyə Con İnyarritu qeyd edib.
Sonuncunun fikrincə, Azərbaycanın sülh sazişi ətrafında yürütdüyü taktika ciddi nəticələrə səbəb ola bilər.
Çünki bu, sülh prosesini ləngidir, qeyri-müəyyənliyi artırır və toqquşmaların və ya sərhəddə insidentlərin yenidən baş verməsi riskini artırır.
“Bu, Azərbaycanın sabitliyə üstünlük vermədiyini və ya münaqişənin təsirinə məruz qalanların humanitar ehtiyaclarını ödəmədiyini göstərir ki, bu da sülh yolu ilə nizamlanma istiqamətində istənilən irəliləyişə xələl gətirir”- deyə ispaniyalı deputat vurğulayıb.
İspaniya parlamentinin üzvünün sözlərinə görə, bu vəziyyət Ermənistanın münaqişələri dinc və diplomatik yolla həll etməyə çalışdığını, Azərbaycanın avtoritar rejiminin isə Ermənistanla münasibətlərində tarixən gücə və məcburiyyətə arxalandığını vurğulayır.
“Azərbaycanın hətta qismən də olsa razılaşmaları yerinə yetirmək istəməməsi göstərir ki, ölkə davamlı sülhə nail olmaqdan daha çox təsir rıçaqlarını qorumağa yönəlib” – deyərək Con İnyarritu vurğulayıb.







