
Baş nazir Nikol Paşinyan bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını Cənubi Qafqazda sabitliyin bərqərar olmasının vacib aspekti hesab edir.
Alınan məlumata görə, MDB dövlət başçılarının iştirakı ilə keçirilən sıx tərkibli sessiyada o, qeyd edib ki, Ermənistan bu məsələdə konkret həll yolları təklif edir və bu, ER hökuməti tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” layihəsində öz əksini tapıb.
“Bu layihənin mahiyyəti belədir: Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabellərin keçidini təmin etməyə hazırdır:
Gürcüstandan İrana və əksinə, Türkiyədən Azərbaycana və əksinə və s. Biz İran İslam Respublikasının Naxicevanla əlaqə yaratmaq imkanından istifadə etmək üçün Azərbaycanın əsas hissəsi ilə Naxicevan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabellərin keçidini təmin etməyə hazırıq.
Təbii ki, biz bunun əleyhinə deyilik, çünki söhbət iki ölkə arasında suveren münasibətlərdən gedir. Amma bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kanallar açmaq istəyir və biz İran İslam Respublikasının verdiyi şərtlərlə öz ərazimiz vasitəsilə nəqliyyat kommunikasiyalarını təmin etməyə hazırıq.
Bundan başqa, biz tərəflər arasında münasibətlər, bərabərlik, suverenlik və yurisdiksiya prinsiplərinə hörmət çərçivəsində sərhəd nəzarəti prosedurlarının müəyyən qədər sadələşdirilməsini həyata keçirməyə hazırıq” – deyə Paşinyan bildirib.
Bu kontekstdə Baş nazir vurğulayıb ki, Ermənistan Respublikası yüklərin, nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsizliyini tam təmin etməyə hazırdır.
“Bu, bizim istəyimizdir, öhdəliyimizdir və buna zəmanətimiz var. Yeri gəlmişkən, Ermənistanın üçüncü dövlətlərin onun suveren ərazisində rabitə təhlükəsizliyini təmin edəcəyi ilə bağlı hansısa yolla razılaşdığı və ya bunun hansısa sənəddə göstərildiyi barədə deyilənlərin hamısı, sadəcə olaraq, həqiqətə uyğun deyil.
Öz ərazisində təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin suveren öhdəliyidir. Bu, bizim işimizdir və biz bunu mütləq həyata keçirəcəyik”- deyərək Paşinyan yekunlaşdırıb.







