BaşlıcaSiyasət

İranda Nüvə silahlarının yayılmaması müqaviləsindən çıxmaq imkanını müzakirə edilir

İran parlamenti İsrailin mümkün raket zərbələri fonunda Nüvə silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq ehtimalını ciddi şəkildə müzakirə edir.

Aldığımız məlumata görə, bu haqda “RIA Novosti”yə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi məlumat verib.

O, bildirib ki, bu müqavilədən çıxmaq variantının müzakirəsi parlamentdə əslində ciddi mübahisələrə səbəb olub. Borucerdinin sözlərinə görə, bu məsələni müzakirə etmək İranın mütləq nüvə silahı yaradacağı anlamına gəlmir.

Bundan əvvəl 39 iranlı millət vəkili İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına müraciət edərək, İsrailin mümkün hücum təhdidləri şəraitində ölkənin müdafiə doktrinasına yenidən baxmağı və xüsusən də nüvə silahının yaradılmasına icazə verilməsini xahiş etmişdi.

Daha çox göstər
Back to top button