BaşlıcaBeynəlxalq

PA Media: Böyük Britaniya kralı  hər halda  Azərbaycanda  keçiriləcək COP29-da iştirak etməyəcək

Böyük Britaniya Kralı Çarlz Üçüncü, böyük ehtimalla, noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirak etməyəcək, bu barədə britaniyalı “PA Media” məlumatlandırıb.

Məlumata görə, ilin əvvəlindən bəri kral naməlum növdən olan xərçəng xəstəliyindən müalicə alır. Sammit kral və kraliça Kamillanın Avstraliya və Samoaya uzun səfərinin bitməsindən iki həftə sonra başlayacaq.

Xarici səfər həkim məsləhəti ilə dayandırılıb və Yeni Zelandiyaya səfər də ləğv edilib, kralın planlarında başqa dəyişikliklər də edilib.

Çarlz 11 günlük Böyük Britaniyadan kənar səfər zamanı xərçəng müalicəsini dayandıracaq. O, artıq 2022-ci ildə COP27 tədbirini buraxmışdı.

Misirdə keçirilən sammitə qatılmamaq qərarı kralın  idarəsindən Liz Trassın hökuməti ilə məsləhətləşməsi nəticəsində qəbul edilmişdi.

Amma növbəti il Dubayda COP28-in açılışında çıxış edən dövlət başçısı dünyanın əsas iqlim hədəflərinə çatmaqda hələ də “çox uzaqda” olduğunu bildirmiş və ciddi dəyişikliklərə çağırış etmişdi.

Daha çox göstər
Back to top button