
Türkiyə və İsrail Azərbaycanın rus hərbi texnikasını modernləşdirir, bu barədə Forbes məlumat yayıb.
2024-cü ilin sentyabrında Bakıda keçirilən müdafiəyə həsr olunmuş sərgidə Azərbaycan, Türkiyə və İsrailin hərbi texnologiya şirkətləri tərəfindən modernləşdirilmiş rus hərbi texnikasını nümayiş etdirib.
Forbes qeyd edir ki, “bu yeniləmələr göstərir ki, Azərbaycan köhnə texnikasını saxlamaq istəyir və silahlı qüvvələrini Türkiyə və İsraildən alınan yeni, qabaqcıl dronlarla təchiz edir.
Azərbaycanda həmçinin Pakistandan alınmış JF-17C Block III çoxfunksiyalı hərbi təyyarələri də var”.
2024-cü ilin 24-26 sentyabrında keçirilən Azərbaycanın Beynəlxalq Müdafiə Sərgisində Bakı yeni əldə etdiyi SU-25 Frogfoot hücum təyyarəsini və T-72 döyüş tanklarını nümayiş etdirib.
Köhnə sovet silahlarından ZSU-23-4 Şilka zenit pulemyotu və 9K33 Osa yer-hava raket sistemləri də sərgidə yer alıb. Bu silahlar 1950-60-cı illərdə istehsal olunub.
Türkiyə Hərbi Hava Sənayesi (TUSAS) SU-25-ləri modernləşdirib. Bu yenilənmədən sonra Azərbaycan Frogfoot təyyarələri bir neçə türk istehsalı olan idarə olunan və sürüşən bombalar, hətta qanadlı raketlər buraxa bilər.
Modernləşdirilmiş T-72 tankları da sentyabr sərgisində nümayiş etdirilib. Azərbaycan döyüş tanklarını Belarus, Ukrayna, Rusiya və Slovakiyadan 2000-ci illərdə idxal edib.
Forbes-in məlumatına görə, 2010-cu illərdə Azərbaycan Rusiyadan ən yeni T-90 tanklarını da sifariş edib.
Təyyarələrin modernləşdirilməsini İsrailin Elbit Systems şirkəti həyata keçirib, bu şirkət sovet dövrünün avadanlıqlarının və digər texnikanın modernləşdirilməsində ixtisaslaşıb.







