BaşlıcaSiyasət

Aİ Ermənistana əlavə 30 milyon avro ayıracaq

Aİ Dağlıq Qarabağ ermənilərinin dəstəklənməsinin maliyyə yükünü bölüşmək və Ermənistanda islahatların həyata keçirilməsinə töhfə vermək üçün Ermənistan hökumətinə büdcə dəstəyi çərçivəsində əlavə 30 milyon avro ayırmaq niyyətindədir.

Bunu “Sülh kəsişməsi – təhlükəsizlik və demokratiyanı birləşdirəq” adlı konfransda Aİ-nin ER-dəki səfiri Vasilis Maraqos bildirib.

“Birgə səylər nəticə verir, çünki ortaq siyasi öhdəlik var. Aİ ER-i bir sıra istiqamətlərdə dəstəkləyir və dəstəkləməyə davam edəcək: iqtisadiyyat, məhkəmə sistemi, regional əlaqələr, sülh da bunun bir hissəsidir”.

O qeyd edib ki, Avropa Komissiyasının hazırkı prezidenti Ursula fon der Leyen aprelin 5-də baş nazir və dövlət katibi Blinkenlə görüşündə dayanıqlıq və inkişaf planını təqdim edib, bu, növbəti 4 ildə Ermənistana cəmi 270 milyon qrant dəstəyi deməkdir.

“Biz Qarabağ ermənilərinin taleyi ilə də məşğuluq. Biz bir il ərzində 100 milyon avrodan çox sərmayə qoymuşuq və büdcə dəstəyimiz çərçivəsində hökumətin çiyinlərinə yüklənmiş yükü sizinlə bölüşmək üçün hökumət büdcəsinə daha 30 milyon əlavə etmək qərara alındı”.

Daha çox göstər
Back to top button