
Alınan məlumata görə,”Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” rəmziylə keçirilən konfransda çıxışı zamanı Paşinyan bildirib ki, İran və Gürcüstan “Sülh müqaviləsi”layihəsini dəstəkləyir, Türkiyənin mövqeyi isə layihə ilə uyğunlaşdırıla bilər.
İranın layihəyə olan baxışını şərh edərkən Baş nazir bildirib:
“İran İslam Respublikası, “Sülh müqaviləsi” layihəsinə açıq dəstək göstərən nadir ölkələrdən biridir”. Paşinyanın sözlərinə görə, Gürcüstan da “Sülh kəsişməsi”layihəsini dəstəkləyən ölkələr sırasındadır.
Türkiyə ilə bağlı isə Paşinyan bildirib ki, Türkiyənin mövqeyi Ermənistanın mövqeyi ilə uyğunlaşdırıla bilər. “Əslində, “Sülh kəsişməsi” Türkiyənin xarici siyasətinin əsas mövzularından biri olan Orta dəhlizlə real şəkildə inteqrasiya ola bilər.
Bu çox təbii bir inteqrasiyadır. Biz layihəni yaradanda onu Orta dəhlizə inteqrasiya etmək məqsədi ilə yaratmamışdıq, lakin o təbii yolla onunla inteqrasiya olunur” – deyə Paşinyan deyib.
Rusiya mövqeyi barədə təəssüratlarına toxunan Paşinyan qeyd edib:
“Tranzit yolların çox əhəmiyyətli iqtisadi və siyasi, o cümlədən xarici siyasət baxımından önəmi var. Rusiya Federasiyası narahatlıq keçirə bilər.
Bu axınların bu ərazilərdən keçməsi Rusiya üçün məqbul ola bilər, əgər o, bu axınların idarə olunmasında müəyyən təsirini saxlamağa davam edərsə.
Təsirin hansı səviyyədə olacağı vacib deyil. Qərb ölkələrinin “Sülh kəsişməsi”nə yanaşmasını şərh edərkən isə Paşinyan bildirib ki, Qərb tərəfdaşları axınların əsasən İran ərazisindən keçməsini istəmir, çünki bu, münasibətlərin bir sıra aspektləri ilə bağlıdır. http







