
Baş nazir qeyd edib ki, bizim reallığımızda təhlükəsizlik dedikdə yalnız ordu başa düşülür.
Lakin onun sözlərinə görə, əgər təhlükəsizlik dedikdə yalnız ordu nəzərdə tutulursa, bu, təhlükəsizliyin mövcud olmadığını və ola bilməyəcəyini göstərir.
“Ordu, sözsüz ki, təhlükəsizliyin təmin edilməsində əsas rola malikdir, lakin onun rolu birinci və ya ikinci deyil. Əgər birinci və ya ikinci olursa, bu, təhlükəsizlik sisteminin tamamilə pozulduğunu göstərir.
Bu məntiqlə belə görünür ki, bu layihə ilk növbədə təhlükəsizliyin təmin edilməsi, sonra isə rifahın təmin edilməsi haqqındadır” – deyə o vurğulayıb.







