BaşlıcaSiyasət

ER Prezidenti:  “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yaxın gələcəkdə reallığa çevrilə bilər”

Ermənistan Prezidenti Vahaqn Xaçatryan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində hər iki tərəf ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu anlayır və bu mərhələ zaman baxımından uzaqda deyil.

Bu barədə Ermənistan Prezidenti  jurnalistə verdiyi müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunarkən danışıb.

“Mən burada (qeyd – Aşqabad) Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşdüm. Çox qısa bir söhbət oldu, imkan bu qədər idi, o da tələsirdi, çünki bir gün ərzində gəlib getdi.

Lakin yenə də söhbət sülh içində yaşamaqdan, sərhədlərin açılmasından və diplomatik münasibətlərin qurulmasından gedirdi” – deyə Ermənistan Prezidenti qeyd edib.

O, vurğulayıb ki, müxtəlif səviyyələrdə hər iki tərəf arasında müzakirə mövzusu dəyişməzdir və bu baxımdan hakimiyyətin müxtəlif qanadları arasında fikir ayrılıqları yoxdur.

Prezidentin müşahidəsinə görə, bu dövlət siyasətində hər kəs Ermənistan-Türkiyə münasibətlərinin yaxın zamanlarda yeni mərhələyə keçəcəyini başa düşür.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına toxunan Vahaqn Xaçatryan qeyd edib ki, hər iki tərəf görüşlər keçirməyi, ünsiyyətdə olmağı və normallaşma ilə bağlı məsələləri müzakirə etməyi əldən buraxmır.

“Bu, onu göstərir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yaxın gələcəkdə reallığa çevrilə bilər. Bu, həm sərhədlərin açılması, həm də diplomatik münasibətlərin qurulması ilə bağlıdır” – deyə Vahaqn Xaçatryan bildirib.

O, xatırladıb ki, hazırda gündəlikdə daha qısa zamanda həyata keçirilə biləcək məsələ var – üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlıdır.

Prezidentin fikrincə, yuxarıda qeyd olunan məsələyə dair artıq əldə edilmiş razılaşmaların icrası böyük irəliləyiş olacaq.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adbülkadir Uraloğlunun Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı “Ermənistan tərəfdən yaxın vaxtlarda inkişaf olacaq” bəyanatına toxunan Ermənistan Prezidenti qeyd edib ki, o, türk rəsmisinin bəyanatından daha çox məlumat verə bilməz, çünki kommunikasiyaların açılması ilə bağlı vəziyyət hər kəsə məlumdur.

“Kommunikasiyaların açılması məsələsi mövcuddur, yəni bu gün mövcud olan kommunikasiya imkanlarından hamının istifadə etməsinə şərait yaratmaq, həmçinin Ermənistanın malik olduğu potensialı qiymətləndirmək lazımdır.

Yəni, regionu əlçatan etmək, yalnız Ermənistan və Azərbaycan üçün deyil, ümumilikdə bütün ölkələr və xüsusilə regional ölkələr üçün əlçatan etmək lazımdır” –  deyə Ermənistan Prezidenti vurğulayıb.

O, xatırladıb ki, Ermənistan hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinin ideyası məhz bundan ibarətdir.

Vahaqn Xaçatryan Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin bəyanatını yenilik hesab etməyərək bildirib ki, Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması və ya yolların açılması ilə bağlı danışıqlar hər zaman Ermənistanın gündəliyində olub.

Daha çox göstər
Back to top button