
İran Prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Bu haqda Mehr agentliyi yazır.
Görüşdə İranın heç bir ölkənin suverenliyinə göz yuma bilməyəcəyinə inandığını vurğulayan Pezeşkian əlavə edib ki, əcnəbilərin olması bu region ölkələrinə sərfəli deyil.
O, bildirib ki, birgə fəaliyyət göstərməklə region dövlətləri öz problemlərini həll edə biləcəklər.
“Biz İslam ölkələri arasında əlaqələrin daha da inkişafına töhfə verəcək bütün layihələri alqışlayırıq” – deyə Pezeşkian bildirib.
O, Tehran və Bakı arasında razılaşmaların icrasını sürətləndirməyə çağırıb və əlavə edib:
Biz iki ölkə arasında dəmir və avtomobil yollarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirmək və genişləndirmək istəyirik.
Biz bu sahələrdə istənilən razılaşmanın əldə olunmasına hazırdır. Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin adından bildirib ki, Bakı İranla müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji mübadiləsi, mədəniyyət, tranzit, təhlükəsizlik və müdafiə sahələrində əlaqələri genişləndirməyə cəhd edir.
Mətn factor.am-ə məxsusdur.







