
Biz Azərbaycanla əlaqələri gücləndiririk. Bu gün mən Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla görüşdüm və enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələsini müzakirə etdim. Bu barədə İsrailin energetika və infrastruktur naziri Eli Koen sosial şəbəkələrdə yazıb.
“Xarici işlər naziri kimi Azərbaycanın İsraildə səfirliyini, şiə ölkəsinin ilk səfirliyini açdım. Azərbaycanla münasibətlərimiz strateji xarakter daşıyır və mən ölkələrimiz arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsi üzərində işi davam etdirmək niyyətindəyəm”, – israilli nazir yazıb.
Xatırladaq ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə İran prezidenti Bakıya “bölgədə xarici dövlətlərin hərbi bazasının yaradılmasının acınacaqlı nəticələri ilə bağlı” xəbərdarlıq edib.
O, xəbərdarlıq edib ki, regionda xarici dövlətlər üçün hərbi baza yaradılması region ölkələrinin maraqlarına uyğun gəlməyəcək.







