
Kapan və Fransanın Sent-Etiyen şəhəri arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə Kəpan bələdiyyəsinin Facebook səhifəsində məlumat verilir.
“Sent-Etyendəki missiyanın dördüncü günü Müqəddəs Liturgiya ilə başladı, ardınca Herve Tabonenin “Kapan. İndiki zamanın xatirəsi” fotosərgisinin açılışı olub”.
Sonra Gevorq Parsyan, Tiqran Yeqavyan və Ovannes Gevorqyanın iştirakı ilə bələdiyyədə geosiyasi konfrans keçirilib.
Səfər zamanı Kapan cə Sent-Etiyen arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb, bu da iki şəhər arasında əlaqələrin dərinləşdirilməsi, mədəni, sosial, təhsil və digər sahələrdə qarşılıqlı faydalı inkişafı təşviq etmək məqsədi daşıyır.







