
Ermənistan Respublikası Xarici İşlər nazirinin müavini Vahan Kostanyan oktyabrın 15-də Cenevrədə BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK)İcraiyyə Komitəsinin 75-ci sessiyasında iştirak edib və çıxış edib.
Ermənistan Xarici işlər nazirliyinin yaydığı məlumata məlumata görə, nazir müavini çıxışında 2023-cü ilin sentyabr ayında Azərbaycan tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində Dağlıq Qarabağdan etnik təmizləməyə məruz qalmış 115 mindən çox qaçqının probleminə toxunub.
Vahan Kostanyan vurğulayıb ki, Ermənistan hökuməti beynəlxalq tərəfdaşların dəstəyi ilə qaçqınların təxirəsalınmaz ehtiyaclarını qarşılamaq üçün mümkün olan bütün tədbirləri görüb.
Nazir müavini qeyd edib ki, qaçqınların uzunmüddətli ehtiyaclarını qarşılamaq üçün əlavə səylərə ehtiyac var və bu məsələdə BMT QAK-in və digər beynəlxalq tərəfdaşların davamlı dəstəyinin vacibliyini vurğulayıb.







