BaşlıcaSiyasət

Ankara Tehran üçün narahatlıq yaratmaq istəyir

Türkiyə Radio və Televiziya Şirkətinin (TRT) baş direktoru, doktor professor Zahid Sobaj Bursada Uludağ Universitetinin 2024-2025-ci tədris ilinin açılış mərasimindəki çıxışında İranı hədəf alan diqqətçəkən açıqlamalar verib.

Regionmonitor bildirir ki, Türkiyənin dövlət media holdinqinin direktoru ilin sonuna qədər TRT-nin Fars dilində kanalının açmağı planlaşdırdıqlarını açıqlayıb. O qeyd edib ki, bu ilin sonuna qədər TRT farsca açılacaq, “İranı narahat etməliyik”.

Türkiyə dövlət qurumunun nümayəndəsinin bu cür ritorikası Türkiyə sosial şəbəkələrində, müxalifətdə, bir sıra müxtəlif kütləvi informasiya vasitələrində, analitik-ekspert çevrələrində problemli kimi dəyərləndirilib. Qeyd olunub ki, dövlət məmuru ölkənin siyasi hakimiyyətinin xəbəri olmadan belə bəyanat verə bilməz.

Türk millətçilərinin media orqanı olan “Yeniçağ”ın köşə yazarlarından olan jurnalist Arslan Bulut xatırlatdı ki, 2017-ci ildən sonra TRT əslində ölkə prezidentinin ruporuna çevrilib.

“TRT-nin baş direktoru Türkiyənin xarici siyasətini müəyyən edə bilməz. Əgər “İranı narahat et” əmri almayıbsa, belə danışa bilməz.

Müxalifət, kamalist “Cumhuriyet” qəzeti Mehmed Əli Gülərin “TRT İsraili qane edəcək” başlıqlı məqaləsini dərc edib. Məqalədə qeyd olunur ki, hökumətin xarici siyasətinin əsasında Türkiyənin maraqları deyil, dini doktrina əsasında regional liderlik axtarışları dayanır. Çünki Ərdoğanın Yaxın Şərqdəki liderliyi onun Türkiyədə davam edən hakimiyyətinin əsası kimi görünür.

“AKP hökuməti niyə İranı narahat etmək istəyir? Çünki İranın İsrailə hücum etməklə Fələstin məsələsinin əsas sahibinə çevrilməsindən narazıdırlar. Çünki onlar İranın Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə nizamlanmasından narazıdırlar. Çünki Astana platformasının əməkdaşlığına baxmayaraq, əslində İranın Suriya ilə tərəfdaşlığından narazıdırlar.

Türkiyədə fars televiziyasına baxan kütlə olmadığı üçün farsca yayımın hədəfi şübhəsiz ki, İran xalqıdır. Belə olan halda İran o xəbərlərdən necə narahat olacaq? İran xalqı və etnik qrupları İran dövlətinə və hökumətinə qarşı qızışdırılacaqmı?” – deyə Gülər vurğulayıb.

Sobacın açıqlamasını hətta Türkiyədəki solçu millətçi “Vətən” partiyasının lideri Doğu Perinçək də ənqid edib. O qeyd edib ki, Sobaj qarşısındakı problemi “İranı narahat etməliyik” ifadəsi ilə açıqlayıb. O vurğulayıb ki, belə bir bəyanatı yalnız “ABŞ və İsrail tərəfdarları” verə bilərlər.

İran tərəfində isə Türkiyənin dövlət media holdinqinin direktorunun sözləri təbii narahatlıq doğurub. İran Radio və Televiziya Şirkətinin beynəlxalq xidmətinin rəhbəri Əhməd Noruzi X-də yazıb ki, onlar “Fələstin və Livandakı sionist rejimin qırğınları haqqında yazmağa” fokuslansalar da, müvafiq vəsait əldə etmək hüququnu özündə saxlayırlar.

Bu cür sərt reaksiyalardan sonra TRT-nin direktoru bəyan edib ki, sözlər əsas məzmundan kəsilib. Buna baxmayaraq, bu bəyanat artıq Türkiyədə ABŞ, İsrail və İrana münasibətdə dövlət siyasətinin köklü dəyişikliyə məruz qalıb-qalmaması ilə bağlı narahatlığın dərinləşməsinə əsas olub. Bu da regionda ciddi problemlər yarada bilər.

Belə ki, Türkiyənin dövlət media holdinqi rəhbərinin belə bir açıqlaması Türkiyə-İran münasibətlərinin rəqabətli və passiv anti-döyüş xarakterini daha da aydın şəkildə göstərib. Bu münasibətlərin keyfiyyəti hər kəsə bəlli olsa da, bölgədəki gərginlik fonunda Türkiyənin dövlət media şirkəti qarşısında belə bir problemin müəyyən edilməsi və təyinatı artıq diqqət çəkir. İfadənin ehtiyatsızlıqla işlənməsi ehtimalını istisna etsək də, onun düşünülmüş tələffüz səbəbləri də suallar doğurur.

Daha çox göstər
Back to top button