BaşlıcaSiyasət

“3+3” platformasında iştirak edənlər sərhədlərin toxunulmazlığı barədə birgə bəyanat verəcəklər

Oktyabrın 18-də İstanbulda Ermənistan, Rusiya, İran, Türkiyə və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü keçiriləcək.

“3+3” platformasının iştirakçıları birgə bəyanat verəcəklər – deyə “Vestnik Kafkaza” yazır.

“Bəyanat mətnində BMT Nizamnaməsində əks olunmuş prinsiplərə əsaslanaraq, region ölkələri arasında mövcud problemlərin dialoq vasitəsilə həll edilməsinin zəruriliyi vurğulanacaq.

 Münaqişələrin sülh yolu ilə həlli, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi, daxili işlərə qarışmamağın vacibliyi qeyd olunacaq” – deyə agentliyin diplomatik mənbəsi bildirib.

Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqazda əməkdaşlıq üçün altıtərəfli formatdır. Bu format Türkiyə, Azərbaycan, İran, Rusiya, Ermənistan və Gürcüstanı birləşdirməli idi.

Lakin Tbilisi platforma görüşlərində iştirakdan imtina edib.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button