
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla tarixi və formal sülhün həqiqətən regionda dönməz sabitlik, firavanlıq və inkişafa yol açacağına inandıqlarını bəyan edib.
“Armenpress” “Anadolu” agentliyinə istinadən məlumat yayıb ki, bunu Türkiyənin xarici işlər naziri oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşə toxunarkən deyib. “Biz inanırıq ki, Ermənistanla tarixi və formal sülh həqiqətən regionda dönməz sabitlik, rifah və inkişafa yol açacaq”, – Fidan bildirib.
O vurğulayıb ki, “3+3” regional məşvərət platformasının üçüncü iclasının müzakirələri təkcə Ermənistan və Azərbaycanın deyil, bütün Qafqaz regionunun məsələlərinə yönələcək.Türkiyənin xarici işlər naziri əlavə edib ki, Ankara “3+3” platformasını yüksək qiymətləndirir və region ölkələrinin problemlərini həll etmək üçün birləşməli olduğunu vurğulayıb.







