Ümumerməni Oyunlarının Ümumdünya Komitəsinin sədrinə Moskvada dostluq ordeni təqdim edilib

Ümumerməni Oyunlarının Ümumdünya Komitəsinin sədri İşxan Zakaryan Moskvada Dostluq ordeni ilə təltif edilib.
Orden Zakaryana Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fərmanı ilə, fiziki mədəniyyət və idmanın inkişafına verdiyi böyük töhfəyə, həmçinin xalqlar arasında sülhün və dostluğun möhkəmləndirilməsinə görə təqdim olunub.
Təltifatı İşxan Zakaryana Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici işlər nazirinin müavini Mixail Boqdanov təqdim edib.
Ümumdünya Ümumerməni Oyunları Komitəsinin mətbuat xidmətindən bildirilib ki, təltifetmə mərasimində Dövlət Dumasının fiziki mədəniyyət və idman komitəsinin rəhbəri Oleq Matisin, “Fələstin İmperator Pravoslav Cəmiyyəti”nin rəhbəri Sergey Stepaşin, Rusiya Tennis Federasiyasının sədri Şamil Tarpışev, Rusiya Dağ Xizəyi Federasiyasınınsədri, üçqat Olimpiya çempionu Yelena Vyalbe, Rusiya Güləş Federasiyasının sədri, Olimpiya çempionu Mixail Mamiyaşvili, RF Milli qəhrəmanı Maksim Suraev və digər vəzifəli şəxslər iştirak ediblər.
“Şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə və Rusiya hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Dostluq ordeni almaq mənim üçün böyük şərəfdir. Mən real əməkdaşlığa və həqiqi qarşılıqlı anlaşmaya inanıram” – deyərək parlament deputatı, Ümumdünya üzrə Ümumerməni Oyunları Komitəsinin sədri İşxan Zakaryan qeyd edib.







