
Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos Metsamorda keçirilən Ermənistan Atom Elektrik Stansiyası (ANPP) və Ermənistan Atom Tənzimləmə Orqanına göstərilən beynəlxalq dəstəyin əlaqələndirilməsi üzrə 10-cu texniki görüşdə iştirak edib.
Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin “Facebook” səhifəsində məlumat yayılıb.
“Hətta 90-cı illərdən etibarən Aİ-nin nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığı texnologiya və qabaqcıl təcrübələrin mübadiləsi, təlim, radioaktiv tullantıların idarə edilməsi və nüvə təhlükəsizliyi təminatları ilə səciyyələnir.

1990-cı illərdən bəri Aİ-nin Ermənistanın nüvə təhlükəsizliyi sektoruna maliyyə dəstəyi qrant şəklində 70 milyon avrodan çox olub. Bu, Aİ-nin öhdəliyinin bariz göstəricisidir”, – mesajda deyilir.
Aİ səfiri çıxışında ANPP-də həyata keçirilən 11 milyon avro dəyərində 4 layihədən də danışıb.







