BaşlıcaSiyasət

Erməni AES-in istismar müddətini 2041-ci ilə qədər uzatmaq üçün əsaslandırmanın hazırlanması istiqamətində işlər görülür

Erməni Atom Elektrik Stansiyasının (AES) istismar müddətini 2041-ci ilə qədər uzatmaq üçün əsaslandırmanın hazırlanması istiqamətində işlər görülür.

Bu barədə oktyabrın 17-də “Rosatom-un Ermənistanda atom elektrik stansiyasının tikintisinə dair təklifi və layihəyə yerli sənayenin cəlb edilməsi” mövzusunda keçirilən seminar zamanı “Erməni Atom Elektrik Stansiyası” QSC-nin direktoru Movses Vardanyan bildirib.

O, əlavə edib ki, cari proqramların həyata keçirilməsindən sonra stansiyanın istismar müddəti 2036-cı ilə qədər uzadıla bilər.

Vardanyan izah edib ki, yeni atom elektrik stansiyasının tikintisinə dair Rusiyanın təklifi texniki-iqtisadi əsaslandırmanı əks etdirən 11 cilddən ibarətdir.

Onun sözlərinə görə, yeni atom elektrik stansiyasının qəbul edilmiş baş planını nəzərə alaraq, 1200 MVt gücündə 2 yeni nəsil enerji bloku tikmək mümkün olacaq.

Şirkət direktoru əlavə edib ki, ilk blokun tikintisi ikinciyə nisbətən daha baha başa gələcək.

“Layihənin həyata keçirilməsi üçün Ermənistanda istehsal olunan tikinti materiallarının demək olar ki, bütün həcmini cəlb etmək lazım olacaq” – deyərək  Vardanyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button