
Oktyabrın 20-də İranın kyokuşin karate idmançısı Əhməd Baqeri Ermənistan Respublikasının səfirliyində olub və 44 günlük müharibədə həlak olmuş Artur Sukiasyanın xatirəsinə bu yaxınlarda Danimarkanın Aalborg şəhərində keçirilən yarışda qazandığı qızıl medalı səfir Arsen Avaqyana təqdim edib.
Bu barədə ER İrandakı səfirliyi məlumatlandırıb.
Səfir Avaqyan iranlı idmançının hərəkətini yüksək qiymətləndirib, ona böyük idman uğurları arzulayıb və aldığı medalı Artur Sukiasyanın ailəsinə təhvil verəcəyinə söz verib.







