
Beynəlxalq ictimaiyyət, Rusiya Prezidenti Vladimir Putin iştirak edərsə, Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirakdan çəkinməlidir.
Bu barədə POLITICO-ya Avropa Birliyini Ukraynanın səfiri Vsevolod Çentsov bildirib. “Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdırlar ki, əgər Putin orada olarsa, onlar ora getməyəcəklər” – deyə səfir qeyd edib.
Bu çağırış, Kremlin çərşənbə axşamı günü Putinin noyabrın 11-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin dəstəyi ilə təşkil olunan illik iqlim sammitində iştirak etmək imkanını nəzərdən keçirdiyini açıqlamasından sonra səsləndirilib.
Çentsov bildirib ki, Azərbaycan getdikcə daha çox Aİ-dən asılı vəziyyətə düşür, çünki ittifaq neft və qazla zəngin olan Cənubi Qafqaz ölkəsinə müraciət edir ki, Rusiya yanacağını əvəz etsin. “Onlar AB ilə əməkdaşlığı inkişaf etdirmək istəyirlər və bu məsələdə çox diqqətli olmalıdırlar” – deyə ukraynalı diplomat bildirib və bunun Brüsselə Bakıya qarşı mühüm təsir vasitəsi verdiyini vurğulayıb.
Putin son illərdə beynəlxalq səfərləri azaldıb. Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hərbi cinayətlər ittihamı ilə onun barəsində çıxardığı həbs qərarı onun səyahət seçimlərini məhdudlaşdırır.
Bununla belə, Azərbaycan ICC-nin üzvü deyil, yəni Rusiya liderini ölkəyə səfəri zamanı həbs etmək öhdəliyi yoxdur. Putin avqust ayında Azərbaycanda olub və Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
Çentsov vurğulayıb ki, ICC-nin həbs qərarı Putinin böyük diplomatik tədbirə qatılmasına mane olmaq üçün kifayət etməlidir.
“Biz tərəfdaşlarımızı xəbərdar edirik ki, Rusiyanın hərəkətləri hərbi cinayətlərdir və biz vurğulayırıq ki, anlamalıyıq, Rusiya müharibəni normallaşdırmağa çalışır” – deyə ukraynalı diplomat bildirib.
AB-nin yüksək vəzifəli rəsmisi POLITICO-ya bildirib ki, Kreml mühüm iqlim sammitini pozmamalıdır.
“Biz Putindən qorxmuruq, əgər o gələrsə, onun yalanlarına və təcavüzkarlığına qarşı durmaq üçün fürsət olacaq” – deyə adının gizli qalmasını istəyən rəsmi bildirib.







