
Rusiya Xarici işlər nazirliyi bəyan edir ki, Rusiya Azərbaycanla təmaslarında Qarabağdan olan qaçqınların məsələsini qaldırır və onların evə qayıtmaq imkanı var.
“Biz dəfələrlə şərh vermişik və Bakının doğma yurdlarını tərk edən əhaliyə qayıtmaq imkanı vermək istiqamətində atdığı konstruktiv addımları vurğulamışıq.
Düzünü desəm, bu məsələni azərbaycanlı tərəfdaşlarla ikitərəfli təmaslarda qaldırırıq və müvafiq izahlar alırıq” – deyə Sergey Lavrovun sözçüsü bildirib.
O, həmçinin deyib: “Qayıtmaq imkanı təklif edilib… Qayıtmaq imkanı olub və var. Əgər insanlar evlərini, doğma yerlərini yurd-yuvalarını qorumaqla maraqlanırlarsa, yəqin ki, bu imkandan istifadə etməlidirlər. Bir daha vurğulamaq istəyirəm ki, bu imkan mövcuddur”.
“İnsanlar üçün Bərabər Hüquqlar Mərkəzİ”QHT-nin rəhbəri Qayane Abrahamyan Factor TV-yə verdiyi müsahibədə bildirib ki, əvvəllər Rusiya rəsmilərinin açıqlamalarına artıq təəccüblənməyəcəyini düşünürdü, lakin Zaxarovanın fikirləri onu çox təəccübləndirib:
“Son 5 ildə əmin idim ki, artıq heç vaxt Rusiya rəsmilərinin təhqiramiz davranışına təəccüblənməyəcəyəm, amma açığı, bu dəfə daha da təəccübləndim.
Zaxarovanın son bəyanatı həyasızlığın zirvəsidir. Xüsusən də o, guya Qarabağ ermənilərinin geri qayıtmaq üçün imkanlarının olduğu və Azərbaycanın konstruktiv addımlar atdığı ilə bağlı məsələni vurğulayır və bütün günahı ermənilərin Qarabağa qayıtmadığına yönəldir.
Onun sözlərinin arxasında sanki sual var: ‘Niyə çıxdılar?’ Və əsas ittiham oxları Ermənistan hakimiyyətinə yönəlib. Yəni belə çıxır ki, ötən il sentyabrın 19-da heç nə baş verməyib, ondan əvvəlki 9 ay ərzində insanlar aclıqdan ölməyib, sadəcə olaraq, guya Ermənistan hakimiyyəti Qarabağ ermənilərini oranı tərk etməyə məcbur edib” – deyə Qayane Abrahamyan bildirib.
Abrahamyanın fikrincə, Rusiya müəyyən sayda Qarabağ ermənilərini geri qaytarmağa çalışır ki, orada öz hərbi kontingentini geri gətirmək imkanı əldə etsin və beləliklə də, bölgədə əvvəlki hərbi-siyasi mövqelərini bərpa etsin.
Lakin Qayane Abrahamyan ermənilərin rus himayəsi ilə geri qayıtması senarisini real hesab etmir və bu ona daha çox əsirlik ehtimalını xatırladır, çünki geri qayıdan ermənilər Ermənistana təzyiq vasitəsinə çevrilə bilər və güzəştlər tələb etmək üçün istifadə oluna bilərlər.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin qayıtmaq hüququnu dəstəkləyən və onu beynəlxalq hüquqi sənədlərdə təsbit edən qətnamələr və qərarlar əldə etmək üçün beynəlxalq təşkilatlara müraciət etmək lazımdır.
Mətn factor.am-ə məxsusdur.







