
ER Xarici işlər naziri Ararat Mirzoyan ABŞ Prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Xarici işlər nazirliyinin məlumatına görə, görüşdə ER -ABŞ ikitərəfli gündəliyinin məsələləri, o cümlədən strateji tərəfdaşlığın inkişafına yönəlmiş cari proqramlar, müsbət dinamika və gələcək perspektivlər müzakirə edilib.
“Ermənistan ABŞ-la münasibətlərin qarşılıqlı maraq doğuran istiqamətlərdə inkişafını davam etdirməkdə, onları ümumi dəyərlər, artıq əldə edilmiş nailiyyətlər əsasında qurmaqda, həmçinin sektoral əməkdaşlıq üçün əlavə imkanların araşdırılmasında maraqlıdır” – deyə ER XİN rəhbəri vurğulayıb.
Ararat Mirzoyan və Maykl Karpenter regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan ER-nin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri vurğuladı və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində son müzakirələrə toxundu.
Bu kontekstdə nazir Mirzoyan ER-nin regionda sabit sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayaraq əlavə edib ki, sonuncu Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasında, eləcə də ER-nin regionda iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş baxışında öz aydın ifadəsini tapıb.
Maykl Karpenteri ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da qəbul edib.
ER Təhlükəsizlik Şurasının idarəsindən bildirilib ki, həmsöhbətlər Ermənistan-Amerika ikitərəfli münasibətlərini əhatə edən geniş spektrli məsələləri müzakirə edib.
Artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsinə toxunub və gələcək əməkdaşlığın yollarını müəyyənləşdiriblər.







