BaşlıcaBeynəlxalq

İsveçrəli deputat Ermənistanın Azərbaycanla tezliklə sülh əldə etmək niyyətini düzgün addım hesab edir

İsveçrə Milli Şurasının deputatı Stefan Müller-Altermatt Ermənistanın Azərbaycanla mümkün qədər tez sülh razılaşmasına nail olmaq niyyətini və bu istiqamətdə nümayiş etdirdiyi xoşməramlı davranışı düzgün addım hesab edir.

Jurnalist ilə söhbətində İsveçrəli deputat Ermənistanın artıq razılaşdırılmış məqamlarla sülh müqaviləsi imzalamaq təklifinə və eyni zamanda, Azərbaycanın bu təklifi rədd etməsi ilə bağlı məsələlərə toxunaraq belə bir fikir söylədi:

“Eyni zamanda, aydın olmalıdır ki, Ermənistanın özü hələ hansı məqamları həll olunmamış hesab edir. Bu baxımdan, Qərbə aydın siqnallar lazımdır ki, o da hərəkətə keçə bilsin.

Azərbaycanda saxlanılan erməni hərbi əsirləri, Dağlıq Qarabağda erməni mədəniyyət irsinin məhv edilməsi məsələləri və Dağlıq Qarabağda baş vermiş etnik təmizləmə məsələsi yenidən danışıqlar gündəminə qaytarılmalıdır” – deyə isveçrəli deputat qeyd edərək vurğulayıb ki, həmkarları və ya İsveçrə Xarici işlər naziri ilə danışarkən dəfələrlə baş verənlər barədə onların məlumatsızlığı ilə qarşılaşıb.

Stefan Müller-Altermattın fikrincə, Azərbaycan prezidenti İlham Əliyev qırmızı xətləri öz lehinə dəyişə bilib:

“O, hətta cəzasız şəkildə etnik təmizləmə də həyata keçirə bildi. Ermənistan indi israr etməlidir ki, qırmızı xətlər daha da uzağa itələnməsin” – deyə İsveçrənin parlament üzvü bildirib.

Eyni zamanda, müqavilədə razılaşdırılmış məqamları imzalamaqdan Azərbaycanın imtina etməsinin nəyə səbəb ola biləcəyi barədə suala cavab verən Stefan Altermatt qeyd edib ki, İlham Əliyev hərbi cəhətdən üstün mövqedə olduğunu yaxşı bilir.

İsveçrəli deputatın fikrincə, məhz bu üstünlükdən çıxış edərək Azərbaycanın prezidenti öz tələblərini irəli sürəcək, ta ki onların hər biri yerinə yetirilənə qədər.

Onun sözlərinə görə, diktator öz hakimiyyətini təmin etmək üçün həmişə düşmənə ehtiyac duyur və əgər tələblərinin yerinə yetirilməsinə danışıqlar vasitəsilə nail olmaq mümkün deyilsə, o, buna hərbi güc tətbiq etməklə çalışacaq.

 İsveçrəli deputat istisna etmir ki, İlham Əliyev belə bir addımı Bakıda keçiriləcək COP29 sammitindən sonra, özünü beynəlxalq ictimaiyyətin hörmətli bir üzvü kimi təqdim etdikdən sonra atacaq, bəzi Qərb liderlərini rüşvətlə ələ alacaq.

Məhz buna görə də İsveçrə parlamentinin üzvü vacib hesab edir ki, Ermənistan indi dəqiq deməlidir: “Ehtiyatlı olun, bu adam (red. – Azərbaycan Prezidenti İlham Əliyev nəzərdə tutulur) daim qırmızı xətləri keçir”. “Biz mütləq təmin etməliyik ki, dünya anlasın ki, mövcud təhdidlər Əliyevin təcavüzünün başlanğıcı deyil, onun ermənifobiya siyasətinin davamıdır” – deyə Stefan Müller-Altermatt əlavə edərək bildirib ki, dünya həm də anlamalıdır ki,axı Azərbaycan çoxdan sanksiyalara məruz qalmalı və Haaqada  peyda olmalı

Daha çox göstər
Back to top button