
Oktyabrın 23-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Şarvaşidzeni Gürcüstanın Ermənistandakı yeni hərbi attaşesinin təyin olunması ilə əlaqədar qəbul edib.
Suren Ppaikyan yeni təyin olunmuş hərbi attaşe Teymuraz Maisuradzeni təbrik edib, ona müdafiə qurumları arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsində səmərəli fəaliyyət arzulayıb.
Tərəflər Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın tərəqqisini və perspektivlərini müzakirə edib. Regional təhlükəsizlik və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.







