
Parlament Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların qaydalarına dair layihənin ratifikasiyası məsələsini müzakirə edib.
Layihənin müzakirəsini parlamentin “Hayastan” və “Pativ unem” fraksiyaları boykot edib.
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qaydaları ratifikasiya etmək barədə qanun layihəsini təqdim edib. Sənədi 2024-cü il avqustun 30-da hər iki ölkənin Baş nazir müavinləri imzalayıb.
2021-ci il noyabrın 26-da Soçidə, 2022-ci il aprelin 6-da Brüsseldə və 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçirilən görüşlər zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsini artırmaq üçün addımlar atmaq və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya yaratmaq barədə razılıq əldə ediblər.
“Tərəflər öz öhdəliklərini BMT-nin Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq təsdiq ediblər ki, bu da hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasıdır.
Tərəflər bunu delimitasiya komissiyalarının işi üçün əsas kimi qəbul ediblər” – deyə məruzəçi bildirib.
Mher Qriqoryan məlumat verib ki, daha sonra Ermənistan Respublikası Baş nazirinin 2022-ci il mayın 23-də verdiyi 570-A nömrəli qərarla Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya yaradılıb,
2022-ci il mayın 23-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamıyla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyası yaradıb.
Baş nazir müavininin bildirdiyinə görə, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası komissiyalarının fəaliyyətinə dair qaydalardan irəli gəlir ki, gələcəkdə iki ölkə arasında dövlət sərhədi ilə bağlı beynəlxalq müqavilə imzalanacaq və o, daxili prosedurlardan keçəcəkdir.
Komissiyalar arasında indiyədək 9 görüş keçirilib, 2024-cü il aprelin 19-da keçirilən 8-ci görüş və mayın 15-də keçirilən 9-cu görüşün iki birgə protokolu imzalanıb.
Qaydalar da imzalanıb. Xüsusilə 2024-cü il aprelin 19-da keçirilən 8-ci görüşün protokolunda delimitasiya prosesinin həyata keçirilməsi üçün vacib prinsipial və prosedur razılaşmalar nəzərdə tutulub, o cümlədən delimitasiya prosesində tərəflərin Almatı Bəyannaməsinə əsaslanması barədə razılıq əldə edilib.
2024-cü il may protokolunda komissiyalar iki ölkə arasındakı sərhədin müəyyən edilmiş bəzi hissələrinin təsvirini razılaşdırıblar ki, bu da 1976-cı il SSRİ Silahlı qüvvələrinin Baş Qərargahının topoqrafik xəritəsinə uyğun olaraq, SSRİ-nin dağılması zamanı mövcud olan hüquqi cəhətdən əsaslandırılmış sərhədə uyğunlaşdırmaq məqsədini daşıyır və1979-cu ildə dövriyyədən keçmişdir.
Mher Qriqoryan vurğulayıb ki, qaydalar faktiki olaraq 2024-cü il aprelin 19-da imzalanmış protokola əsaslanaraq imzalanıb, çünki protokola görə tərəflər delimitasiya prosesində Almatı Bəyannaməsinə əsaslanmaq barədə razılıq əldə ediblər.
Baş nazir müavini bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi cari ilin sentyabrın 26-da verdiyi qərarla qaydalarda qeyd olunan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunu təsdiq edib.
Parlamentin hakim “KP” fraksiyasının deputatları tərəfindən ünvanlanan suallara məruzəçi aydınlıq gətirib.
Parlamentin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri Sarkis Xandanyan layihə ilə bağlı komissiyanın müsbət rəyini təqdim edərək sənədin siyasi əhəmiyyətini qeyd edib:
“Bu, tərəflər arasında ilk ikitərəfli siyasi müqavilədir ki, düşünürəm, bu, otuz illik münaqişə və son illərdə davam edən danışıqlar və sülh prosesi kontekstində mühüm mərhələdir” – deyə o, bildirib.
Qeyd olunub ki, qaydalar iki ölkə tərəfindən qüvvəyə minməsi üçün bütün daxili prosedurların başa çatması ilə bağlı sonuncu yazılı bildirişin alındığı gündən qüvvəyə minəcək.
Fikir mübadiləsi zamanı parlament sədrinin müavini Hakob Arşakyan təcili çıxış edib. O, Azərbaycan tərəfindən vaxtaşırı səsləndirilən fikirlərə toxunub ki, guya Ermənistan Konstitusiyası Azərbaycan Respublikasına qarşı ərazi tələblərini ehtiva edən bir maddə var.
“Bugünkü bu prosesimizlə biz Almatı Bəyannaməsinin 1991-ci il müddəalarının qeyd olunduğu sənədi aydın şəkildə təsdiq edəcəyik ki, orada Ermənistan və Azərbaycan arasında mövcud sərhədi, bu delimitasiya prosesinin bütün məntiqini və həmçinin, onun texniki tərəfini, hansı ki, Konstitusiya Məhkəməsinin müayinəsindən keçib, aydınlaşdırır.
Və əslində, təsdiqlənib ki, Ermənistan Konstitusiyası heç bir şəkildə, heç bir maddədə Azərbaycana və ya başqa bir dövlətə qarşı ərazi tələblərini ehtiva edən heç bir hüquqi müddəa yoxdur” – deyə parlament sədrinin müavini vurğulayıb.







