Avropa Parlamenti deputatları AB Azərbaycanla qaz müqaviləsini dayandırmağa və Bakıda keçiriləcək COP29-u boykot etməyə çağırıblar

Avropa Parlamentinin plenaryasında Azərbaycanda insan hüquqlarının və beynəlxalq hüququn pozulması, həmçinin Ermənistanla münasibətlərə dair qətnamə müzakirə olunub.
Müzakirə zamanı çıxış edən bütün deputatlar Azərbaycan hakimiyyətinin repressiya, zorakılıq siyasətini, fundamental insan hüquqlarının pozulmasını və hüququn aliliyinin olmamasını pisləyiblər.
Avropa Parlamentinin üzvləri COP29 konfransının Bakıda keçirilməsini utancverici hesab edərək vurğulayıblar ki, ekoloji problemlərin müdafiəsi insan hüquqlarının pozulması şəraitində baş tuta bilməz.
Deputatlar Avropa Birliyinə Azərbaycanla qaz müqaviləsini dayandırmağa çağırıblar, bəzi deputatlar isə Bakıda keçiriləcək COP29 konfransını boykot etməyə çağırış ediblər.
Bundan əlavə, Dağlıq Qarabağda erməni mədəniyyət irsinin qorunmasına yönəlmiş addımların atılmasına və Dağlıq Qarabağın erməni əhalisinin öz evlərinə qayıtmaq hüququnun təmin edilməsinə çağırışlar səslənib. Deputatlar həmçinin Azərbaycan rejimi tərəfindən azərbaycanlı fəallara qarşı həyata keçirilən təzyiqləri pisləyərək hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırıblar.
Brüsseldə müxbirin verdiyi məlumata görə, Strasburqdakı müzakirə Avropa Komissiyasının komissarı Nikola Şmitin çıxışı ilə başlayıb.
Komissarın sözlərinə görə, bir neçə həftədən sonra keçiriləcək COP29 konfransı Azərbaycan hakimiyyəti üçün insan hüquqlarının müdafiəsinə dair beynəlxalq öhdəliklərinə sadiqliklərini göstərmək üçün yaxşı fürsətdir.
“COP29 həm də sülh üçün tarixi bir fürsətdir:
Azərbaycan və Ermənistan heç vaxt onilliklərdir davam edən münaqişənin aradan qaldırılmasına bu qədər yaxın olmayıblar.
Konfrans həm Azərbaycan, həm də Ermənistan üçün dünyaya sülhə sadiqliklərini nümayiş etdirmək üçün tarixi bir şans olacaq”- deyə komissar bildirib və əlavə edib ki, Azərbaycan həm ölkədə insan hüquqlarının vəziyyəti, həm də qonşusu ilə sülh prosesi baxımından mühüm seçim qarşısındadır.
Şmitin sözlərinə görə, AB ünsiyyət kanallarını açıq saxlamalı və bölgədə sülh və sabitliyin təmin edilməsinə çalışmalıdır.
Avropa Xalq Partiyası (EPP) qrupunun adından çıxış edən deputat Fransua Ksavyer Bellami çıxışında Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən repressiyaya məruz qalan bütün azərbaycanlıların yanında olduqlarını qeyd edib.
“Cənab Əliyev, əgər öz gücünüzə bu qədər inanırsınızsa, niyə sizə meydan oxuyan səsləri susdurmağa çalışırsınız? Əgər öz legitimliyinizə bu qədər inanırsınızsa, niyə zorakılıq tətbiq edirsiniz?” – deyə Bellami bildirib.
Və Avropanın nəhayət ki, öz şüursuz vəziyyətindən çıxma vaxtının çatdığını vurğulayıb.
“COP29 fürsət deyil, bu bir qalmaqaldır, bir biabırçılıqdır, ətraf mühitin qorunmasına dair öhdəliklərin tarixini məhv edəcək.
Biz qaz aldığımız bir ölkədə bu baş verir, bu da bizim kollektiv qorxaqlığımızın nəticəsidir.
Bu gün Azərbaycanla Avropa Komissiyasını bağlayan qaz müqaviləsini pisləmək və cənab Əliyevə və onun rejiminə qarşı müvafiq sanksiyalar tətbiq etmək vaxtıdır.
Və nəhayət demək vaxtıdır ki, demokratiya Avropanın döyünən ürəyidir. Azadlıq, sülh uğrunda, Cənubi Qafqaz və bütün dünyada təhlükəsizlik uğrunda mübarizə aparan erməni xalqının yanındayıq” – deyə fransalı deputat bildirib.
Sosial-Demokratlar qrupu adından çıxış edən deputat Yanis Matiatis öz çıxışında beynəlxalq ictimaiyyəti və AB-ni Azərbaycanı sərt şəkildə qınamağa və bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Mühafizəkarlar və Reformistlər (ECR) qrupunun adından çıxış edən Şerban Sturza Azərbaycanda fundamental azadlıqların və azlıqların hüquqlarının pozulmasını kəskin şəkildə pisləyib.
Və Azərbaycanın demokratik və insan hüquqlarına hörmət edən beynəlxalq standartlardan getdikcə uzaqlaşmasını təəssüflə qeyd edib.
Deputat çıxışında Azərbaycan təcavüzü nəticəsində öz evlərini tərk edən Dağlıq Qarabağdan olan 120 mindən çox erməniyə həmrəylik ifadə edib.
“Mən AB-nə və beynəlxalq ictimaiyyətə müraciət edərək zəmanət verilməsini istəyirəm ki, Azərbaycan erməni tarixi-mədəni və dini irsini qoruyacaq.
Bu münaqişə tarazlığa və insan hüquqlarına hörmətə əsaslanan həll tələb edir ki, bölgənin və Avropa Birliyi qonşuluğunun sabitliyini təmin etsin” – deyə Sturza qeyd edib.
“Avropa uğrunda Vətənpərvərlər” qrupunun adından çıxış edən Jordana Bardella Azərbaycanın Fransanın dəniz ərazilərində qeyri-sabitlik strategiyası həyata keçirməyə çalışdığını və bunu Fransanın suverenliyinə və vətəndaş sülhünə hücum kimi qiymətləndirib.
Fransalı deputatın sözlərinə görə, Fransa Ermənistana və bir sıra digər xristian dövlətlərinə dəstək verdiyi üçün hədəfə çevrilir.
“Azərbaycan rejimi, Avropanın qaz üçün ödədiyi pullarla zənginləşən və Sultan Ərdoğanın dəstəyi ilə Cənubi Qafqazda Ermənistana təzyiqləri və təcridi artırır.
Bu reallıq artıq qorxaqlıqla və ya Erdoğanın və onun müttəfiqlərinin ekspansionist istəklərini qəsdən gizlədərək görməzdən gəlinə bilməz” – deyə Bardella bildirib və vurğulayıb ki, ermənilərin qanı qazdan daha qiymətlidir.
Almaniyadan deputat Mixael Blos Azərbaycanı fosil avtokratiyası adlandırıb, fransalı Mari Tusan isə Azərbaycan rejiminin onları susdurmağa çalışdığını, lakin onların susmayacaqlarını, çünki ətraf mühit problemlərinin insan hüquqlarının pozulması şəraitində heç vaxt həll olunmayacağını xatırladıb.
Deputatlar Avropa Komissiyasının Azərbaycanla qaz müqaviləsini böyük mənəvi səhv hesab edərək, onu dərhal dayandırmağa çağırıblar.
Deputatların çoxu COP29-u boykot etməyə çağıraraq, etibarlı tərəfdaşın təkcə iqtisadi maraqlar üçün deyil, həm də eyni dəyərləri daşıyan və paylaşan bir tərəfdaş olması lazım olduğunu xatırladıb.
AB-nin Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsinə çox utancaq reaksiya verdiyini qeyd edib.
Deputat qəbuledilməz hesab edib ki, qanunun aliliyini açıq-aşkar nəzərə almayan bir ölkəni zənginləşdirən qaz tədarükləri Azərbaycandan Avropaya davam edir.
Müzakirələrin sonunda komissar Şmit yekun sözündə bir daha vurğulayıb ki, Azərbaycanda insan hüquqları məsələsi hələ də həyati əhəmiyyət daşıyır.
Komissar qeyd edib ki, narahatlıqları dilə gətirməkdə, Dağlıq Qarabağa beynəlxalq girişi asanlaşdırmaq üçün Azərbaycana müraciət etməkdə davam etmək lazımdır.
Yerində müstəqil monitorinqin aparılmasına imkan vermək və xüsusilə də, Dağlıq Qarabağ ermənilərinin təhlükəsiz şəraitdə geri qayıtmasına icazə verilməlidir.
Nikola Şmit vurğulayıb ki, COP29 narahatlıqları dilə gətirmək və pisləyici nitqlərə mane olmamalıdır və olmamalıdır da.







