BaşlıcaSiyasət

Çində Ermənistanın müvəqqəti işlər vəkili: Çin Ermənistanla çox maraqlanır

Çin xalqı Ermənistanla maraqlanır. Bu barədə Çinin Ermənistandakı müvəqqəti işlər üzrə vəkili Çen Min “Sinologiya: Konfutsi İnstitutlarının innovativ inkişafı” elmi konfransının açılışında etdiyi təbrik nitqində bildirib.

 Konfrans Valeri Bryusov adına Xarici Dillər Universitetində keçirilir.

“Sentyabrın 3-də ölkələrimizin tarixində əhəmiyyətli hadisə baş verdi –Yerevan -Urumçi birbaşa aviareysi açıldı ki, bu da təbii olaraq ölkələrimiz arasında daha sıx əlaqələr üçün imkan yaratdı.

Statistikaya görə, Ermənistanda çin dilini öyrənənlərin sayı 6 minə çatıb. Çin xalqı da Ermənistana maraq göstərir.

Biz isə öz növbəmizdə Ermənistan vətəndaşlarının çoxunun Çinə səfər edərək xalqımızın adət-ənənələrini və mədəniyyətini öyrənməsini ehtimal edirik”- deyə Çen Min bildirib.

Qeyd edək ki, “Sinologiya: Konfutsi İnstitutlarının innovativ inkişafı” elmi konfransı Valeri Bryusov adına Xarici Dillər Universitetinin Konfutsi İnstitutu tərəfindən təşkil olunub.

Daha çox göstər
Back to top button