
Azərbaycanda, hansı ki, etibarlı tərəfdaş hesab olunur, rejimin əleyhdarları işgəncələrə məruz qalırlar. Rejimi tənqid edən jurnalistlər həbsdədir, erməni hərbi əsirləri təhqir və alçaldılmalara məruz qalırlar.
Bu barədə oktyabrın 22-də Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı Kiprdən olan Avropa Parlamenti üzvü Lukas Furlas bəyan edib.
“Bu, Avropa Birliyinin üzvü olan ölkənin suverenliyi və ərazi bütövlüyü normalarını pozur. Beynəlxalq ictimaiyyət bu qanunsuz hərəkətlərə qarşı laqeyd qala bilməz.
Biz Azərbaycanın təbii qazını dəyərlərdən və insan həyatından üstün tuta bilmərik” – deyə avrodeputat əlavə edib.







