
Kazanda keçirilən “BRICS+” sammitinin iclasında “Dost BRİKS” ölkələri əlifba sırası ilə dəyirmi masa ətrafında əyləşiblər.
“TASS” bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin yanında oturub, görüş başlamazdan əvvəl bir neçə kəlmə danışıblar.
Belarus lideri Aleksandr Lukaşenkonun qonşuları Boliviya və Banqladeş nümayəndə heyətlərinin başçıları, Fələstin prezidenti Mahmud Abbasın qonşuları Serbiya və Nikaraqua nümayəndələri idi.
Baş nazir Nikol Paşinyan “BRİKS+” sammitində iştirak etmək üçün Rusiya Federasiyasına bir günlük işgüzar səfərə edib.







