BaşlıcaSiyasət

Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri yaxın vaxtlarda Gümrü-Qars dəmir yolunun bərpası şərtləri ilə bağlı görüşəcəklər

Ermənistan və Türkiyə arasında yüksək səviyyəli dövlət nümayəndələrinin yaxın vaxtlarda görüşəcəyi və bu görüşdə Gümrü-Qars dəmir yolunun yenidən açılması üçün lazımi şərtlərin qiymətləndiriləcəyi gözlənilir.

 Bu barədə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi və parlament sədrinin müavini Ruben Rubinyan “Azatutyun” radiosuna məlumat verib.

Onun sözlərinə görə, görüşün konkret tarixi hələ müəyyənləşdirilməyib.

“Keçmişdə Markara körpüsü ilə bağlı birgə araşdırma apardığımız kimi, tezliklə Ermənistan və Türkiyə nümayəndələri arasında bənzər bir araşdırma məqsədilə görüş olacaq ki, bu razılaşmanı həyata keçirək.

Burada söhbət Gümrü-Qars dəmir yolunun yenidən istifadəyə verilməsi üçün lazımi şərtlərin qiymətləndirilməsindən gedir” – deyə Rubinyan bildirib.

10 gün əvvəl İstanbulda Beynəlxalq Yollar Federasiyasının Dünya Konqresi çərçivəsində Ermənistanın ərazi idarəetmə naziri ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri görüşüb.

 Üç onillikdən artıqdır ki, işləməyən dəmir yolu barədə müzakirələrin aparılıb-aparılmadığı isə tərəflər tərəfindən açıqlanmayıb.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri isə sonuncu dəfə iyul ayında təmir olunmuş Markara keçidində görüşüblər.

Həmin görüşdə Ruben Rubinyan və Sərdar Kılıç Gümrü-Qars dəmir yolu vasitəsilə sərhəd keçidinin texniki tələblərini birgə qiymətləndirmək barədə razılığa gəliblər.

Ermənistanın xüsusi nümayəndəsi bu gün açıqlama verərək bildirib ki, Xarici işlər naziri Ararat Mirzoyan dünən parlamentdə qeyd edərkən tərəflərin etimadın möhkəmləndirilməsi üçün müəyyən tədbirlər gördüyünü nəzərdə tutub.

Daha çox göstər
Back to top button