BaşlıcaSiyasət

Sahakaşvilinin erməni seçicilərinə ermənicə müraciəti: “Ermənistanın varlığı Gürcüstanın Avropa yoluna qayıtmasından asılıdır”

Gürcüstanın keçmiş Prezidenti Mixail Sahakaşvili sosial şəbəkədə erməni seçicilərə müraciət edib.

O, yazıb:

 “Əziz erməni soydaşlarım, ümumi vətənimiz Gürcüstanın taleyi həll olunur. Müvəqqəti hökumətdən qorxmayın, seçkilərə gedin və müxalifəti rəngləyin – 26 oktyabrda 5 nömrə.

Bilin ki, qonşumuz Ermənistanın mövcudluğu Gürcüstanın Avropa yoluna qayıtmasından, eləcə də Qafqazda sülhün taleyindən asılıdır.

Sizin vətənpərvərliyinizə, müdrikliyinizə arxalanıram.

Hörmətlə, Mixeil Sahakaşvili”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili demişdi ki, “Gürcüstan Avropa yoluna qayıtmasa, bu, Ermənistan üçün də faciə olacaq”.

Daha çox göstər
Back to top button