ArtsaxBaşlıcaSiyasət

Bakı qaçqınların təhlükəsiz şəkildə Artsaxa qayıtmasını təmin etməlidir: fransalı deputat

Noyabrın 11-də COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan Dağlıq Qarabağda özünün fəlakətli etnik təmizləmə proqramını cəzasız olaraq davam etdirir. Azərbaycan Laçın dəhlizini bağlamaqla Dağlıq Qarabağın əhalisini 10 ay ac saxladı, sonra isə bütün əhalini Dağlıq Qarabağı tərk etməyə məcbur etdi.

Bu barədə “Fransa-Ermənistan” parlamentlərarası dostluq qrupunun rəhbəri Gilbert-Lyuk Devinazın Fransa Senatının mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.

“Bakı Artsax Respublikasının özbaşına həbs edilmiş bir neçə siyasətçisini hələ də həbsdə saxlayır və Dağlıq Qarabağda erməni irsinin məhv edilməsi işini davam etdirir.

COP29 başlamazdan əvvəl bu insanlığa qarşı cinayətlərin cəzasız qalmaması üçün dostluq qrupu beynəlxalq ictimaiyyəti öz şərtlərini irəli sürməyə çağırır və Azərbaycandan tələb edir:

siyasi məhbusların qeyd-şərtsiz və dərhal azad edilməsi;

erməni irsini qorumaq üçün UNESCO-nun missiyasının dərhal Dağlıq Qarabağa göndərilməsi;

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, Artsax qaçqınlarına tam təhlükəsiz şəraitdə qayıtmaq hüququndan istifadə etmək imkanın veilməsi;

Oktyabrın əvvəlində Azərbaycan hakimiyyəti Stepanakertin tarixi mərkəzinin böyük hissəsini yerlə-yeksan etdi.

Minlərlə illik tarixin bütün izlərini silmək məqsədi daşıyan bu hərəkətlər İŞİD-in İraq, Suriya və Liviyada törətdiyi və sonradan YUNESKO-nun “mədəni soyqırım” kimi qələmə verdiyi cinayətlərlə müqayisə oluna bilər.

Əliyev rejimi Dağlıq Qarabağdan olan qaçqınların öz vətənlərinə qayıtmasına imkan verməmək niyyətini təsdiqləyir”, – dostluq qrupunun rəhbəri vurğulayıb.

Daha çox göstər
Back to top button