BaşlıcaSiyasət

Keryan:   “Fakt budur ki, yalnız ikitərəfli danışıqlar zamanı irəliləyiş olub, vasitəçilər olarkən  heç bir irəliləyiş əldə olunmayıb”

Sülh danışıqları diplomatiyanın məxfiliyi altında aparılır, indiyədək yalnız qismən məlumat əldə etmişik. Bu barədə jurnalistə müsahibəsində politoloq Qarik Keryan Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara toxunaraq bildirib.

“İki yanaşma var və mən hər iki yanaşmaya ehtiyatla yanaşaram. Bir yanaşma budur ki, mütləq vasitəçi və təminatçı lazımdır.

 Digər yanaşma isə, hansı ki, bunu Əliyev də dəstəkləyir, 26 il ərzində vasitəçilər heç nə etməyiblər və indi bizi rahat buraxsınlar, biz ikitərəfli formatda məsələlərimizi həll edək.

Hər iki yanaşmada da çətinliklər, həm müsbət, həm də mənfi cəhətlər var.

Bir şey faktdır ki, hər hansı bir irəliləyiş olubsa, ikitərəfli danışıqlar zamanı olub, amma əsaslı irəliləyiş qeydə alınmayıb.

Hazırda o qədər güclü üçüncü qüvvələr yoxdur ki, müəyyən vasitələr tətbiq edərək müqaviləni yerinə yetirməyən tərəfə təzyiq göstərsin və təminat versin” – deyə o, qeyd edib.

Keryan Kazanda Rusiya platformasında keçirilən Paşinyan-Əliyev görüşünün, təbii ki, ikitərəfli olduğunu, amma elə platformanın özünün artıq vasitəçilik funksiyasını yerinə yetirdiyini vurğulayıb.

“Tarixdə klassik, tam ikitərəfli görüşlər olubdur demək düzgün deyil. Hətta məkanın özü də vasitəçilik elementini ehtiva edir.

İstisna deyil ki, Rusiya tərəfi Əliyev və Paşinyanı belə ciddi heyətlə Kazanda olduqları, əməkdaşlıq atmosferində olduqları müddətdə bir irəliləyiş addımı atmağa çağırmış olsun”- deyə politoloq vurğulayıb.

Daha çox göstər
Back to top button