
2024-cü il oktyabrın 25-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın rəhbərliyi ilə Əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komitənin növbəti iclası keçirilib.
Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, iclasda komitənin sədri, ER Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan itkin düşənlərin taleyinin öyrənilməsi istiqamətində görülən işlərə toxunub.
Məcburi itkin düşmə halları ilə bağlı görülmüş işlərin nəticələri və görüləcək tədbirlər ümumiləşdirilib.
Sonra valideynlər adından verilən təkliflər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.







