BaşlıcaSiyasət

XİN: “ER AB müşahidəçi missiyasının  mandatının uzadılmasını mühüm hesab edir”

Ermənistan Respublikası, Avropa Birliyinin (AB) müşahidə missiyasının mandatının uzadılmasını və gələcək fəaliyyətini vacib hesab edir və bu missiyanın təxminən iki illik fəaliyyətini müsbət qiymətləndirir.

Bu barədə Ermənistan Xarici işlər nazirliyi (XİN) Factor.am-ın yazılı sorğusuna cavab olaraq bildirib.

Sorğuda missiyanın müddətinin uzadılıb-uzadılmayacağı və şəxsi heyətin artırılmasının nəzərdə tutulub-tutulmadığı sualları yer alıb.

Xarici işlər nazirliyi eyni zamanda sualı cavablandırmayıb ki, Azərbaycan sülh müqaviləsinin şərti olaraq Ermənistandan AB müşahidəçilərinin çıxarılmasını irəli sürüb.

Qeyd edək ki, oktyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Ermənistan ərazisində AB müşahidə missiyasının fəaliyyətinin qəbuledilməz olduğunu və bunun Bakı ilə Brüssel arasında etimadsızlıq yaratdığını bəyan etmişdi”.

Parlament və Hökumət arasında sual-cavab zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın prezidenti İlham Əliyevin Ermənistanda AB missiyası ilə bağlı bəyanatlarına münasibət bildirib.

 Nazir qeyd edib ki, AB mandatın uzadılması məsələsinə ciddi yanaşır.

“Bizim mövqeyimiz belədir: Azərbaycanla təsdiqlənmiş razılaşmamız, irəliləyən və yekunlaşan sərhəd delimitasiya prosesi, sülh olmadığı müddətdə, biz Azərbaycanın hərəkətləri ilə bağlı narahatlıqlar keçiririk və sərhəd boyunca monitorinq aparacaq neytral üçüncü tərəfin obyektiv qiymətləndirmələrinə ehtiyac duyuruq” – deyə Ararat Mirzoyan bildirib.

Xatırladaq ki, AB müşahidə missiyası Ermənistanda Ermənistan-Azərbaycan sərhədində 2022-ci il oktyabrın 20-dən patrul xidməti həyata keçirir.

 Qeyd edək ki, Ermənistandakı AB missiyasının mandatının 2025-ci ilin əvvəlinə qədər uzadılması nəzərdə tutulur.

Daha çox göstər
Back to top button