Başlıcaİctimaiyyət
“Atatürk” filminin rejissoru filmin Avropada nümayişinə qadağa qoyulmasında erməni lobbisini günahlandırıb

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uşaqlığından bəhs edən cizgi filminin rejissoru Kamuran Ayna filmin Avropada nümayişi ilə bağlı problemlərdən danışıb.
“Atatürk” cizgi filminin rejissoru Kamuran Ayna Türkiyənin “Cumhuriyet” qəzeti ilə söhbətində bildirib ki, Atatürkün uşaqlığından bəhs edən cizgi filminin Avropada nümayişinə iki gün qalmış kinoteatr rəhbərləri üzrlü səbəblər olmadan filmi nümayiş etdirməkdən imtina ediblər.
O, iddia edib ki, əldə etdiyi məlumata görə, Avropada güclü mövqeyə malik olan erməni lobbisi filmin Avropada nümayişini dayandırmağa nail olub.
Filmin rejissoru qeyd edib ki, hazırda yenidən icazə alıb filmin Avropada nümayişi üçün çalışırlar və uğura yaxındırlar.







