
Rusiya Federasiyası ilə münasibətlərimiz çox şəffafdır, bizi güclü iqtisadi əlaqələr birləşdirir. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 31-də Parlamentdə büdcə layihəsinin ilkin müzakirəsi zamanı bildirib.
“Bəzi xarici siyasət məsələlərində fikir ayrılıqları var, biz həmişə bir-birimizin fikirlərini bölüşmürük. Bu, bizim birləşdiyimiz ayrıca 1-2 platformaya, məsələn, KTMT-yə aiddir”, – deyə o bildirib.
O, Ermənistanın bu məsələyə münasibətinin də məlum olduğunu vurğulayıb. “Biz hesab edirik ki, KTMT Ermənistanın sərhədlərinə və suveren ərazisinə qarşı hərbi təcavüzə lazımi cavab vermədi və s. Amma qeyd etdiyim kimi, bizim əməkdaşlığı davam etdirdiyimiz bir sıra istiqamətlər var, məsələn, Aİİ çərçivəsində”, – nazir vurğulayıb.







