BaşlıcaSiyasət

Sülh müqaviləsində daha 1-2 məsələ var ki, onun üzərində iş davam etdiriləcək: Mirzoyan

Sülh müqaviləsində daha 1-2 məsələ var ki, onun üzərində iş davam etdiriləcək.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu, normal danışıqlar prosesidir.

“Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz qalmış olan bir-iki bəndlə bağlı razılığa gələ və tam razılaşdırılmış sülh sazişinə malik ola biləcəyik”, – o qeyd edib.

Daha çox göstər
Back to top button