
Razılıq var idi və sazişdə gömrük idarəsinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün fəaliyyət göstərəcəyindən bəhs edilirdi. Bunu Rustam Badasyan bildirib.
“Ona görə tələsdik, ona görə də tikinti işlərini gördük. Biz vətəndaşların axınını təmin etmək üçün şərait yaratmışıq. Ermənistan Respublikasının ərazisində gömrük nəzarətini yalnız Ermənistanın gömrük orqanları həyata keçirir”.
Rustam Badasyan bildirib ki, Marqara keçid məntəqəsinin yenidən təchiz edilməsinə ilkin olaraq təxminən 800 milyon dram xərclənib.
“Hesab edirəm ki, yekun xərclər 1 milyard, bir az artıqdır”, – DGK sədri bildirib.







