BaşlıcaSiyasət

Britaniya lobbiçiləri Bakıda keçiriləcək COP29 sammiti ərəfəsində Azərbaycanı “yaşıllaşdırmaqda” ittiham olunurlar

Böyük Britaniya hökumətinin sabiq naziri və mədən sənayesi ilə sıx əlaqəsi olan lobbist şirkət COP29 öncəsi neftlə zəngin Azərbaycana öz imicini yaxşılaşdırmağa kömək etmək üçün 4,7 milyon dollar alacaq. Bu barədə i-Paper xəbər verir.

Teneo lobbist şirkəti, burada Leyboristlər Partiyasının keçmiş mədəniyyət katibi Ben Bredşou və Boris Consonun biznes işləri üzrə keçmiş rəhbəri Aleks Hikman çalışır, yeddi aylıq müqavilə əldə edib.

Müqavilə çərçivəsində dövlətin imicini “yaşıl yuma” (greenwash) vasitəsilə təmizləməyə kömək edəcək.

i-Paper tərəfindən “Democracy for Sale” və “SourceMaterial” ilə birgə aparılan araşdırma göstərir ki, Teneo-nun müqaviləsi çərçivəsində şirkətin britaniyalı məsləhətçilərindən birinə “aylıq 25,000 dollar, əlavə olaraq 50,000 dollar bonus” ödəniləcək.

ABŞ sənədlərinə görə, Teneo COP sammitinin təşkilatçılarına “media təlimi” və məsləhətlər təqdim edəcək.

Lobbist şirkətin işinə, Azərbaycanda ən böyük xarici investor olan British Petroleum-un keçmiş rəhbəri Ceff Morell tərəfindən rəhbərlik ediləcək.

İqlim kampaniyası qrupları Teneo-nu Azərbaycanın imicini “yaşıl yuma” ilə təmizləməyə kömək etməkdə ittiham edirlər.

Global Witness təşkilatının aparıcı müstəntiqi Lela Stenli deyir: “Azərbaycan kimi neft dövlətlərinə kömək edən şirkətlər “yaşıl Yuma” ilə bağlı fəaliyyətlərdə şərikdirlər”.

Stenli bildirib ki, “Azərbaycan və onun tərəfdaşları öz imiclərinə fokuslanmaq əvəzinə, mədən sənayesi şirkətlərini BMT-nin Zərərlər və Tələfatlar Fonduna ödəmə etməyə məcbur etməlidir.

Planeti çirkləndirənlər səbəb olduqları dağıntılar üçün pul ödəməlidirlər”.

Teneo-nun baş icraçı direktoru, Tony Blerin keçmiş xüsusi müşavirlərindən biri və Leyboristlər Partiyasının siyasət üzrə keçmiş direktoru və tədqiqatlar rəhbəri olan Patrik Loflandır.

Daha çox göstər
Back to top button